DƏYİŞDİRİLMƏ SİYASƏTİ
1. Ümumi Məlumat
Mila saç düzləşdiriciləri və şəkilləndirici cihazlar şəxsi istifadə üçün nəzərdə tutulduğundan Azərbaycan Respublikasının “İstehlakçıların Hüquqlarının Müdafiəsi Haqqında” qanunu, eləcə də gigiyenik məhsullar üzrə tətbiq edilən normativlər əsasında aşağıdakı təmir və dəyişdirilmə prinsipləri tətbiq olunur.
Bu cihazlar şəxsi gigiyenik məhsullar kateqoriyasına aiddir və bu səbəbdən istifadə olunmuş və ya qutusu açılmış məhsulların yalnız istehsal və ya texniki qüsur halında dəyişdirilməsi mümkündür.
2. Dəyişdirilmə Şərtləri
Aşağıdakı hallarda məhsulun dəyişdirilməsi mümkündür:
Məhsulda istehsal qüsuru, işləmə nasazlığı, komplektasiya səhvi və ya çatdırılma zamanı fiziki zədə varsa;
Məhsul 14 təqvim günü ərzində, istifadə olunmadan, orijinal vəziyyətdə, tam komplektlə və alış sənədi (qaimə və ya elektron çek) ilə birlikdə təqdim edilərsə;
Məhsulun istifadə edilməmiş və gigiyenik tamlığının qorunmuş olması şərtdir;
Təmir mümkün olmadıqda və bu, rəsmi servis tərəfindən yazılı şəkildə təsdiqləndikdə, məhsul başqa eyni tipli məhsulla dəyişdirilə bilər.
3. Şəxsi Seçimə əsaslanan dəyişdirilmə hallarına icazə verilmir
Aşağıdakı hallarda məhsulun dəyişdirilməsi həyata keçirilmir:
Rəng, ölçü, çəkisi, dizayn və ya model bəyənilmədikdə;
Şəxsi seçim dəyişdikdə (fikrin dəyişməsi);
Məhsulun qutusu açıldıqda və ya istifadə izləri olduqda;
Məhsul gigiyenik tamlığını itirmişsə və ya qoruyucu elementlər çıxarılıbsa.
4. İstisna Hallarda Dəyişdirilmə
Standart qaydaların xaricində, bəzi istisna hallarda şəxsi seçimə əsaslanan dəyişdirilmə müraciətləri fərdi şəkildə qiymətləndirilə bilər. Bu hallar yalnız müştəri məmnuniyyətinin təmin edilməsi məqsədilə və xüsusi razılıq əsasında həyata keçirilir.
Belə hallarda:
Məhsulun dəyişdirilməsi zamanı alış qiymətindən 30% tutma tətbiq olunur;
Yeni seçilmiş məhsulun qiyməti əvvəlki məhsuldan yüksəkdirsə, fərq alıcı tərəfindən ödənilməlidir;
Məhsulun gigiyenik tamlığı qorunmalı və ciddi istifadə izləri olmamalıdır;
Bu prosedur yalnız bir dəfəlik və güzəştli əsasda tətbiq olunur.
5. Müraciət və Əlaqə
Təmir və dəyişdirilmə ilə bağlı müraciətlərinizi aşağıdakı vasitələrlə bildirə bilərsiniz:
Telefon: +994 (70) 222 88 25
E-mail: info@milastyler.az
İş saatları: Bazar ertəsi – Cümə, saat 10:00–18:00